...

Pakistan səfirinin vəziyyəti normal qiymətləndirilir - iranlı həkimlər

Dünya xəbərləri Materials 13 May 2010 11:37 (UTC +04:00)
Pakistanın İrandakı səfiri Tehranda bir əfqanın ona hücum etməsindən sonra xəstəxanadan evə yazılıb
Pakistan səfirinin vəziyyəti normal qiymətləndirilir - iranlı həkimlər

Pakistanın İrandakı səfiri Tehranda bir əfqanın ona hücum etməsindən sonra xəstəxanadan evə yazılıb. Bu barədə Press-TV yazır.

Həkimlərin bildirdiyinə görə, Məhəmməd Bəxş Abbasi yüngül zədələrdən sağalıb və hazırda həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Məlumata görə, Abbasi Tehranın şimal hissəsində küçə gəzintisi zamanı hücuma məruz qalıb. Cinayətkar həbs edilib, hazırda polis onu dindirir.

Pakistan hakimiyyəti insident zamanı bir neçə nəfərin öldürülməsi barədə bəzi xarici KİV-də yayılan məlumatları təkzib edib.

Xəbər lenti

Xəbər lenti