...

Rad və Reysin azad olunması arasında heç bir əlaqə yoxdur - İranın milli təhlükəsizlik naziri

Dünya xəbərləri Materials 19 May 2010 19:24 (UTC +04:00)
İran vətəndaşı Əli Vəkili Rad və Fransa vətəndaşı Klotilda Reysin azad olunması arasında heç bir əlaqə yoxdur. Bu sözləri İranın milli təhlükəsizlik naziri Heydər Müslehi deyib.
Rad və Reysin azad olunması arasında heç bir əlaqə yoxdur - İranın milli təhlükəsizlik naziri

İran vətəndaşı Əli Vəkili Rad və Fransa vətəndaşı Klotild Reysin azad olunması arasında heç bir əlaqə yoxdur. Bu sözləri İranın milli təhlükəsizlik naziri Heydər Müslehi deyib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

"Hazırda biz Radla onun Fransa həbsxanasında saxlanma şəraitini müzakirə edirik. Məqsədimiz onun hüquqlarının pozulub-pozulmamasını müəyyən etməkdir", - o deyib.

Fransa məhkəməsi çərşənbə axşamı Radın azad edilməsi barədə qərar qəbul edib. Rad 1991-ci ildə İranın sabiq Baş naziri Şapur Bəxtiyarı qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilmişdi.

İki gün bundan öncə İran hökuməti ötən ilin iyulundan həbs edilən Fransa vətəndaşı Klotilda Reysi azad edib. O, ölkədə prezident seçkilərindən sonra vəziyyəti gərginləşdirməyə çalışan qüvvələrlə əlbir olmaqda günahlandırılıb.

Xəbər lenti

Xəbər lenti