...

İran, Əfqanıstan və Tacikistan prezidentlərinin birgə iclası keçiriləcək - XİN rəhbəri

Dünya xəbərləri Materials 15 İyul 2010 17:27 (UTC +04:00)
İran, Əfqanıstan və Tacikistan prezidentlərinin yaxın gələcəkdə görüşü baş tutacaq. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün öz əfqanıstanlı həmkarı Zulmay Rəsul ilə görüşdən sonra mətbuat konfransında deyib.
İran, Əfqanıstan və Tacikistan prezidentlərinin birgə iclası keçiriləcək - XİN rəhbəri

İran, Əfqanıstan və Tacikistan prezidentlərinin yaxın gələcəkdə görüşü baş tutacaq. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün öz əfqanıstanlı həmkarı Zulmay Rəsul ilə görüşdən sonra mətbuat konfransında deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Müttəki əlavə edib ki, üç ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də regionun digər ölkələrinin də bu tərkibə qoşulması haqqında razılıq əldə olunub. "Çox güman ki, İran, Əfqanıstan və Tacikistan prezidentlərinin görüşü Tehranda keçirilsin. Əfqanıstan tərəfi iclasın Tehranda keçirilməsinə razılıq verib, Tacikistan tərəfi ilə də bu barədə danışıqlar aparacağıq. Burada əsas məsələ iclasın keçirilməsidir ki,  bu da yaxın gələcəkdə baş tutacaq", - Müttəki deyib.

Müttəki həmçinin iyulun 20-də Kabildə Əfqanıstandakı vəziyyətlə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti