...

İranın Quru Qoşunları hərbi təlimlər keçəcək

Dünya xəbərləri Materials 21 Oktyabr 2010 16:59 (UTC +04:00)
İranın Quru Qoşunları dekabrda Elam və Xuzistan əyalətlərində genişmiqyaslı təlimlər keçirəcək.
İranın Quru Qoşunları hərbi təlimlər keçəcək

İranın Quru Qoşunları dekabrda Elam və Xuzistan əyalətlərində genişmiqyaslı təlimlər keçirəcək. Bunu İranın Quru Qoşunları komandiri Əhmədrza Purdəstan deyib. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat verir.

Purdəstan əlavə edib ki, klassik doyüş qaydaları ilə ekstermal şəraitdə döyüş qaydalarını sintez edərək təlimlər keçirəcəyik. "Öz hərbi gücümüzü bu təlimdə sınayacaq, zəif tərəflərimizi inkişaf etdirərək, Quru Qoşunların hazırlıq səviyyəsini artıracağıq", - o deyib.

Quru Qoşunların komandiri bildirib ki, hərbi təlimlər bir həftə ərzində ölkənin cənub regionunda təşkil olunacaq. "Təlimlərdə bütün hərbi texnikalar, o cümlədən pilotsuz təyyarələr, raketlər, tanklar və toplar istifadə olunacaq", - Purdəstan deyib.

Xəbər lenti

Xəbər lenti