Cümə axşamı Londonun ali məhkəməsi "WikiLeaks"in yaradıcısı Culian Pol Assanjın girov əsasında azadlığa buraxılması ilə razılaşmayan Britaniya prokurorlarının apelyasiyasını rədd edib. Bu barədə Böyük Britaniya KİV-i məhkəmənin qərarına istinadən məlumat verib.
Çərşənbə günü məhkəmə onun seksual cinayətlərdə günahlandırdıldığı İsveçə ekstradisiyası üzrə növbəti dinləmələrə qədər Assanjın girov əsasında azadlığa buraxılması barədə qərar qəbul edib. İttihamçılar bu qərardan şikayət verməyə cəhd göstəriblər. Məlumatı RİA Novosti yayıb.