...

İranda ilk kosmodrom açılacaq

Dünya xəbərləri Materials 19 İyun 2013 14:37 (UTC +04:00)
Avqust ayında, İranın indiki administrasiyasının səlahiyyət müddəti başa çatanadək ölkə ərazisində ilk kosmodrom açılacaq.
İranda ilk kosmodrom açılacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbirlər F. Kərimov, Y. Kosolapova/

Avqust ayında, İranın indiki administrasiyasının səlahiyyət müddəti başa çatanadək ölkə ərazisində ilk kosmodrom açılacaq.

Trend-in çərşənbə günü "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi deyib.

Onun sözlərinə görə, yaxın həftələr ərzində kosmodromdan raketdaşıyıcının buraxılması planlaşdırılır. Raketdaşıyıcı orbitə bir neçə peyk çıxaracaq. İmam Xomeyni adına kosmodramdan həm İran, həm də regionun digər ölkələrinin peykləri buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti