Azərbaycan, Bakı, 28 yanvar / Trend/
Rusiyanın hökumətinin Qanun layihəsi fəaliyyəti üzrə komissiyası Yerevanda 2013-cü il iyunun 25-də Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış hərbi-texniki əməkdaşlığın inkişafı haqqında müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini bəyənib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Nazirlər Kabinetinin saytına istinadən məluumat verib.
Habelə sənədə Rusiya hökumətinin iclasında baxılması, bundan sonra təsdiqlənmək üçün parlamentə çıxarılması planlaşdırılır.
Müqavilədə emal sahəsində tərəflərin istehsalat, istismar, təmir, modernləşdirmə, istifadə müddətlərinin uzadılması, həmçinin silahlardan və hərbi texnikanın utilizasiyası sahəsində qarşılıqlı fəaliyyətinin əlverişli rejiminin qurulması nəzərdə tutulur.
Qanun layihəsində bildirilir: "Müqaviləyə əsasən, bir tərəfin ərazisindən digər tərəfin ərazisinə hərbi təyinatlı məhsulların çatdırılması lisenziya verilməsi haqqında müvafiq qərarlar qəbul edilmədən hərbi təyinatlı məhsulların yerdəyişməsinə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən siyahılardan çıxarışlar üzrə həyata keçiriləcək. Müqavilələrin həm hərbi-texniki əməkdaşlığın subyektləri olan təşkilatlar, həm də hərbi təyinatlı məhsullarla bağlı xarici ticarət fəaliyyətini həyata keçirmək hüququna malik olmayan təşkilatların arasında bağlanması nəzərdə tutulur.
Hökumətdə xatırladılıb ki, hərbi-texniki əməkdaşlıq sahəsində dövlət tənzimlənməsi idxalın və hərbi təyinatlı məhsulların ixracının lisenziyalaşdırılmasına əsasən həyata keçirilir.