...

Türkiyənin "Türksat 4А" peyki orbitə buraxılıb

Dünya xəbərləri Materials 15 Fevral 2014 01:15 (UTC +04:00)
Türkiyənin "Türksat 4А" peyki Qazaxıstanın "Baykonur" kosmodromundan orbitə buraxılıb. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.
Türkiyənin "Türksat 4А" peyki orbitə buraxılıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin "Türksat 4А" peyki Qazaxıstanın "Baykonur" kosmodromundan orbitə buraxılıb. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.

Telekanalın məlumatına görə, peykin buraxılması mərasimində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Elvan iştirak edib.

Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılan "Türksat 4А" peyki yanvarın 8-də Türkiyəyə təhvil verilib.

Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə orbitə buraxılıb.

2012-ci il dekabrın 18-də Türkiyə Çinin "Jiquan" bazasından özünün ikinci "Göktürk-2" peykini buraxıb. Peykdən müdafiə məqsədləri üçün istifadə olunur.

2016-cı ildə "Türksat 5A" peykinin buraxılışı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti