...

Türkiyənin Baş naziri Misirdə kütləvi ölüm hökmünü pisləyib

Dünya xəbərləri Materials 12 Aprel 2014 07:23 (UTC +04:00)
Misirdə kütləvi ölüm hökmü ciddi səhvdir, ümidvaram ki, qərar ləğv olunacaq.
Türkiyənin Baş naziri Misirdə kütləvi ölüm hökmünü pisləyib

Azərbaycan, Bakı, 12 aprel / Trend /

Misirdə kütləvi ölüm hökmü ciddi səhvdir, ümidvaram ki, qərar ləğv olunacaq. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, bu qərar Misir məhkəməsinin yarımçıqlığını göstərir.

Martda Misirdə məhkəmə qətl cəhdində, polis məntəqəsinə basqında və digər cinayətlərdə təqsirli bilinən "Müsəlman qardaşları" hərəkatının 529 üzvünü ölümə məhkum edib.

Öz növbəsində, Avropa İttifaqı bu hökmü qəbuledilməz adlandırıb.

"Cinayətlərin ciddi xarakterinə baxmayaraq, ölüm hökmü bəraət qazana bilməz", - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib.

Xəbər lenti

Xəbər lenti