Azərbaycan, Bakı, 31 avqust /Trend/
ABŞ prezidenti Barak Obama Şimali Amerikanın ən hündür dağının adını rəsmən dəyişəcək. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, Alyaskada yerləşən Makkinli dağına tarixi Denali adı qaytarılacaq.
Qeyd edək ki, dağın adı ilə bağlı müzakirələr 40 ildir davam edir.
Zirvənin adı1896-cı ildə respublikaçı Uilyam Makkinli ölkə prezidenti seçildikdən sonra dəyişdirilib. 1975-ci ildə Alyaska ştatı kartoqrafiyasında dağın adını dəyişsə də, bugünədək federal hökumət bu qərarı qəbul etməkdən imtina edirdi.
B.Obamanın dağın adının dəyişdirilməsi ilə bağlı xəbəri Alyaskaya üç günlük səfəri zamanı elan edəcəyi gözlənilir.