Bakı. Trend:
Peruda polislər 2 ton kokain müsadirə ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, narkotik maddə tərəvəz və ot məhsullarının istehsalıyla məşğul olan şirkətin ərazisində müsadirə edilib.
Hadisə yerində kokaini xaricə göndərməyə çalışan 5 Peru və 1 Serbiya vətəndaşı saxlanılıb.