Bakı. Trend:
Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişelin Karib dənizində yerləşən Vircin adalarında olduqları ortaya çıxıb. Trend Sputnik-ə istinadən xəbər verir ki, Obama ailəsi Vircin adalarında istirahət edir.
Keçmiş prezident və ailəsi britaniyalı milyarder Riçard Brensonun adasında dincəlir. Kameralara tuş gələn Obamanın nikbin halları diqqət çəkib.