...

Neapolda ƏMƏLİYYAT - Farellinin 19 mafiozu tutuldu

Dünya xəbərləri Materials 30 Yanvar 2018 15:22 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində polis qüvvələri “Kamorra” mafiyasına qarşı növbəti əməliyyat keçirib.
Neapolda ƏMƏLİYYAT - Farellinin 19 mafiozu tutuldu

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Neapol şəhərində polis qüvvələri “Kamorra” mafiyasına qarşı növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində Farelli klanına mənsub 19 nəfər saxlanılıb.

Onlara qarşı reket, silah və narkotik alveri, cinayətkar qruplaşma yaratmaq ittihamları irəli sürülüb.

Xatırladaq ki, ötən həftə İtaliya polisi Neapolda, eləcə də Siciliyada bir neçə əməliyyat keçirib və 150-dən çox şəxsi saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti