...

Çavuşoğlu: Suriya hökumət qüvvələri terrorçuların müdafiəsi üçün Afrinə gəlsə...

Dünya xəbərləri Materials 19 Fevral 2018 15:31 (UTC +04:00)
Suriya hökumət qüvvələri terrorçuların müdafiəsi üçün Afrinə gəlsə...
Çavuşoğlu: Suriya hökumət qüvvələri terrorçuların müdafiəsi üçün Afrinə gəlsə...

Bakı. Trend:

Əgər Suriya hökumət qüvvələri terrorçuların müdafiəsi üçün Afrinə gəlsə, Türkiyə "Zeytun budağı" əməliyyatını dayandırmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bildirib ki, "Zeytun budağı" hərbi əməliyyatı məhz Afrindəki terrorçulara qarşı yönəlib.

Bu gün məlumat verilib ki, Suriya hökumət qüvvələri yaxın saatlarda Afrinə çatacaqlar.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti