...

Ukrayna kosmodrom tikmək istəyir - Avstraliyada

Dünya xəbərləri Materials 12 Mart 2018 10:46 (UTC +04:00)
Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir.
Ukrayna kosmodrom tikmək istəyir - Avstraliyada

Bakı. Trend:

Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir.

Trend-in məlumatına görə, "The West Australian" portalı müvafiq təklifin hələ 2016-ci ildə irəli sürüldüyünü yazır.

Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var:

"Bu təklif çox realdır. Meydan olarsa, Ukrayna günü sabah raketlər buraxa bilər. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik".

Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kv.km sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti