...

Çin sənaye parkında partlayış baş verib

Dünya xəbərləri Materials 13 İyul 2018 06:43 (UTC +04:00)
Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətindəki sənaye parkında partlayış baş verib.
Çin sənaye parkında partlayış baş verib

Bakı. Trend:

Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətindəki sənaye parkında partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Hadisə, cümə axşamı günü yerli vaxtla saat 18:30-da Tsyanan bölgəsinin İbin şəhərində sənaye parkı ərazisində baş verib.

Hazırda hadisə yerinə yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib.

Hadisənin detalları və baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti