...

Yunanıstanda yanğın qurbanlarının sayı 91-ə çatıb

Dünya xəbərləri Materials 29 İyul 2018 23:21 (UTC +04:00)
Daha 25 nəfər itkin düşmüş hesab olunur.
Yunanıstanda yanğın qurbanlarının sayı 91-ə çatıb

Bakı. Trend:

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 91-ə çatıb.

Trend-in yerli fövqəladə xidmətlərinə istinadən verdiyi məlumata əsasən, daha 25 nəfər itkin düşmüş hesab olunur.

Ölkənin Milli Səhiyyə Mərkəzinin məlumatına görə, 4 nəfər Attika xəstəxanalarında həyatını itirib, bununla da ölənlərin sayı 91-ə çatıb.

Yunanıstanda bu həftə bir neçə güclü meşə yanğını baş verib, Attikada fövqəladə vəziyyət elan olunub. Ölkənin baş naziri Aleksis Tsipras yanğınlara görə tam siyasi məsuliyyəti öz üzərinə götürüb. Ölkədə 3 günlük matəm elan olunub.

Yunanıstan prokurorluğu yanğın səbəblərinin araşdırılmasına başlayıb. Xilasedicilər komandaları itkin düşənlərin axtarışını davam etdirir. Daha öncə, ölkənin müdafiə naziri Nikos Toskas bildirib ki, meşə yanğınlarının səbəbi, böyük ehtimalla, od vurma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti