...

Hindistan musson yağışlarının cəngində: ölənlər və itkin düşənlər var

Hadisə Materials 25 Sentyabr 2018 10:34 (UTC +04:00)
Hindistanın şimalına yağan güclü yağışlar nəticəsində ən azı 45 nəfər itkin düşmüş hesab olunur.
Hindistan musson yağışlarının cəngində: ölənlər və itkin düşənlər var

Bakı. Trend:

Hindistanın şimalına yağan güclü yağışlar nəticəsində ən azı 45 nəfər itkin düşmüş hesab olunur.

Trend-in məlumatına görə, itkin düşənlər Himaçal-Pradeş ştatının Lahul və Spiti dairəsindən olublar. Onların 35-i Rurki şəhərindəki Texnologiya İnstitutunun tələbəsidir.

Bundan əvvəl "Times of India" təbii fəlakət zamanı ən azı 11 nəfərin həlak olduğunu yazmışdı.

Pəncab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub. Cammu və Kəşmir ştatında, eləcə də Himaçal-Pradeşin böyük hissəsində isə məktəblər bağlanıb.

Xatırladaq ki, Hindistanda iyundan başlayan musson yağışları sentyabrın ortalarınadək davam edir. Rəsmi statistikaya əsasən, cari ildə ölkədə 1000-dən çox insan leysanın qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti