...

İndoneziyada vulkan püskürməsi baş verib

Dünya xəbərləri Materials 3 Oktyabr 2018 08:02 (UTC +04:00)
İndoneziyanın zəlzələ və sunamidən zərər çəkən Sulavesi adasında vulkan püskürməsi baş verib.
İndoneziyada vulkan püskürməsi baş verib

Bakı. Trend:

İndoneziyanın zəlzələ və sunamidən zərər çəkən Sulavesi adasında vulkan püskürməsi baş verib.

Trend-in məlumatına görə, vulkan 4 kilometr hündürlüyə kül püskürüb.

Xatırladaq ki, snetyabrın 28-də səhər saatlarında İndoneziyanın Sulavesi adasının sahillərində Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Daha sonra həmin ərazidə 7,4 gücündə zəlzələ və afterşoklar olub. Palu şəhərinin üzərinə 2 metr hündürlüyündə sunami gəlib. Hadisə nəticəsindəə 1234 nəfər həlak olub, 60 mindən çox insan evsiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti