...

İranda sel 1 nəfəri apardı

Dünya xəbərləri Materials 11 Fevral 2019 13:33 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

İranın 10 vilayətini daşqın, qar və çovğun cənginə alıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, İranın cənubunda Xuzistan vilayətində sel 1 avtomobili aparıb, sürücü həlak olub.

Təşkilat sədri əlavə edib ki, Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kirmanşah, Fars, Simnan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari və İlam vilayətlərində güclü daşqın, qar və çovğun var.

33 şəhər, kənd və dağlıq ərazidə zərərçəkənlərə yardım edilib. 240 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti