...

Ukrayna Qara dəniz sahilində kosmodrom tikmək istəyir

Dünya xəbərləri Materials 26 Fevral 2019 13:52 (UTC +04:00)
Ukrayna Qara dəniz sahilində kosmodrom tikmək istəyir.
Ukrayna Qara dəniz sahilində kosmodrom tikmək istəyir

Bakı. Trend:

Ukrayna Qara dəniz sahilində, Xerson vilayətində kosmodrom tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, məqsəd uçuş trayektoriyası Krım yaxınlığından və Türkiyə üzərindən keçəcək "Siklon-1M" yüngül tipli raket daşıyıcıların buraxılmasıdır.

Hazırda təşkilati məsələlərin müzakirə olunduğu və Ukrayna ərazisində yerüstü kompleksin yerləşdirilməsinin texniki imkanlarının təsdiq edildiyi bildirilir.

Bundan əvvəl "Yujmaş" İstehsalat Birliyinin baş direktoru Sergey Voyt bəyan etmişdi ki, Ukraynada ilk üzən kosmodrom da Xerson vilayətində qurula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti