Bakı. Trend:
ABŞ Dövlət katibi Mayk Pompeo Almaniyanın paytaxtı Berlinə səfərini təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Almaniyadakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, səfər bır sıra vacib məsələlərlə əlaqədar təxirə salınıb.
Səfər zamanı M.Pompeo Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maasla danışıqlar keçirməli idi.
Səfərin qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.