...

Ermənistanda hərbçilər uçqun zamanı ölüb

Dünya xəbərləri Materials 8 Fevral 2020 00:26 (UTC +04:00)
Ermənistanın Syunik vilayətində 4 erməni hərbi qulluqçusu qar uçqunu altında qalıb, onlardan üçü ölüb
Ermənistanda hərbçilər uçqun zamanı ölüb

Bakı. Trend:

Ermənistanın Syunik vilayətində 4 erməni hərbi qulluqçusu qar uçqunu altında qalıb, onlardan üçü ölüb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, Ermənistan ordusunun müqavilə əsasında çalışan dörd hərbi qulluqçusu uçqun altında qalıb:

"Axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçiləri tapmaq mümkün olub. Yalnız bir nəfər sağ qalıb".

Xilas edilən Ermənistan ordusunun əsgəri yüngül bədən xəsarətləri alıb. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti