Bakı. Trend:
İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 31 084 nəfər yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 647 674 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusla əlaqədar rekord sayda - 215 mindən artıq test aparılıb.
Məlumata əsasən, İtaliyada hazırkı dövrədək koronavirusa yoluxanlardan 283 567 nəfər sağalıb, 38 321 nəfər isə vəfat edib.