...

ABŞ Kabilə əlavə qoşun göndərir

Dünya xəbərləri Materials 13 Avqust 2021 23:26 (UTC +04:00)
ABŞ Kabilə əlavə qoşun göndərir

Bakı. Trend:

ABŞ Əfqanıstana əlavə qüvvələr köçürməyə başlayıb və prosesin həftənin sonuna qədər başa çatacağını bildirir.

Trend-in məlumatına görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi deyib.

Məlumata əsasən, ABŞ ilk növbədə diplomatlar olmaqla amerikan mülki işçilərinin ölkədən çıxarılmasını asanlaşdırmaq üçün Kabil hava limanına müvəqqəti olaraq 3000 hərbçi yerləşdirir.

Daha əvvəl Taliban Əfqanıstanda gün ərzində beşinci şəhərinin ələ keçirildiyini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti