...

Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 05:24 (UTC +04:00)
Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST

Bakı. Trend:

Koronavirusa (COVID-19) qarşı peyvəndlərin yığılması pandemiyanın uzanmasına xidmət edir.

Trend-in "CNBC" telekanalına istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxov deyib.

M. Van Kerxov bildirib: "Bu yalnız ədalətsizlik deyil, bu addım həmnçinin pandemiyanı uzadır".

Qeyd edilir ki, Avropa İttifaqı əhaləsinin 57 faizini tam peyvənd edib, həmçinin Fransa və Böyük Britaniyada buster dozalar tətbiq etməyə başlayır. Lakin Afrika əhaləsinin yalnız 3 faizi koronavirusa qarşı tam peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti