Bakı. Trend:
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb.
Trend-in məlumatına görə, bu qurumun sədrinin səlahiyyətləri Maldiv adaları nümayəndəsi Abdullah Şahidə keçib. BMT-nin Təhlükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edir.
İclasın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edib.
Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.
Sentyabrın 21-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayacaq və bu müddət ərzində bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlər Nyu-Yorka gələcəklər.