...

Rusiyada bu il 340 milyon doza vaksin istehsal olunub

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 12:52 (UTC +04:00)
Rusiyada bu il 340 milyon doza vaksin istehsal olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Bu ilin əvvəlindən Rusiyada 340 milyon dozaya yaxın koronavirus vaksin istehsal olunub.

Trend-in məlumatına görə, bunu ölkənin sənaye və ticarət naziri Denis Manturov deyib.

O bildirib ki, ilin sonunadək istehsal olunan vaksin dozalarının sayının 600 milyonu keçəcəyi gözlənilir.

Nazirin sözlərinə, Rusiyada istehsal olunan vaksinlərin böyük əksəriyyəti "Sputnik V"nin payına düşür. Təkcə sentyabr ayında 80 milyon doza "Sputnik V" istehsal olunub.

Qeyd edək ki, "Sputnik V" 70 ölkədə qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti