...

Filippinin təkcə bir əyalətində "Rai" qasırğası nəticəsində ölənlərin sayı 49-a çatıb

Dünya xəbərləri Materials 19 Dekabr 2021 06:57 (UTC +04:00)
Filippinin təkcə bir əyalətində "Rai" qasırğası nəticəsində ölənlərin sayı 49-a çatıb

Bakı. Trend:

Filippinin Bohol əyalətində "Rai" qasırğası nəticəsində ən azı 49 nəfər həlak olub.

Trend xəbər verir ki, Bohol qubernatoru Artur Yap 10 nəfərin itkin düşdüyünü, daha 13 nəfərin yaralandığını bildirib.

Qeyd olunur ki, məlumatlar yeniləndikcə ölənlərin sayı arta bilər.

Ölənlərin ümumi sayı hələlik açıqlanmır. Daha əvvəl ölkənin Fəlakətlər Riskinin Azaldılması və İdarəolunması Şurası qasırğa nəticəsində Filippinin mərkəzi və cənubunda 31 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti