Bakı. Trend:
Yaponiyada şənbə günü axşam saatlarından etibarən Yapon dənizi boyunca bir sıra bölgələrdə tüğyan edən qarlı hava səbəbindən azı 106 daxili reys təxirə salınıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, gecə saatlarında Niiqata əyalətinin mərkəzi prefekturasına təxminən 90 sm, Hokkaydo əyalətinin şimal prefekturasına 40 sm qalınlığında qar yağıb. Bir sıra rayonlarda küləyin sürəti saniyədə 35 m-ə çatıb.
Müvafiq qurumlar sahilboyu ərazilərin və qonşu prefekturaların sakinlərini lazımsız yerə evlərini tərk etməməyə çağırıb.
Pis hava şəraitinin çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.