...

Afrikada 2,8 milyon doza peyvənd yararsız hala gəlib

Dünya xəbərləri 21 Yanvar 2022 06:05 (UTC +04:00)
Afrikada 2,8 milyon doza peyvənd yararsız hala gəlib

Bakı. Trend:

Afrika ölkələrində azı 2,8 milyon doza koronavirus peyvəndi istifadə müddəti bitdiyinə görə yararsız hala gəlib.

Trend-in məlumatına görə, bunu Afrika Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin direktoru Con Nkenqasonq deyib.

Onun sözlərinə görə, sözügedən peyvəndlər Afrika ölkələrinə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən bağışlanıb.

C.Nkenqasonq bildirib ki, Afrika ölkələrinə göndərilən peyvəndlərin son istifadə tarixinə 3-6 ay qalması lazımdır ki, onlar xarab olmasın.

Direktor əlavə edib ki, hazırkı dövrədək Afrika ölkələrinə ümumilkdə 572 milyona doza peyvənd bağışlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti