...

İtaliyada küçədə maska ​​taxma tələbi ləğv edilir

Dünya xəbərləri Materials 9 Fevral 2022 00:57 (UTC +04:00)
İtaliyada küçədə maska ​​taxma tələbi ləğv edilir

Bakı. Trend:

İnsanların sıx toplaşdığı ərazilər istisna olmaqla, İtaliyanın bütün ərzində açıq havada məcburi maska ​​taxma tələbi ləğv edilir.

Trend xəbər verir ki, İtaliyanın səhiyyə naziri Roberto Speranzanın müvafiq sərəncamı fevralın 11-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, artıq açıq havada maska taxma məcburi deyil, lakin fərdi qoruyucu vasitələrin qapalı məkanlarda istifadəsi qaydası martın 31-dək qüvvədə qalacaq. Bu qayda altı yaşınadək uşaqlara, tibbi vəziyyəti maskadan istifadə etməyə icazə verməyən şəxslərə və idmanla məşğul olanlara şamil edilmir.

Martın 31-də İtaliyada pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi başa çatır. "La Repubblica" qəzetinin məlumatına görə, mart ayından etibarən stadionların 100% azarkeşləri qəbul etməyə başlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti