...

Türkiyədə "1915 Çanaqqala" körpüsü martın 18-də açılacaq - Ərdoğan

Dünya xəbərləri Materials 20 Fevral 2022 15:30 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.

Trend-in məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti özünün rəsmi “Twitter” hesabında açıqlama verib.

Açıqlamada deyilir: “Plandan bir il yarım əvvəl inşası tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların xahişi ilə Çanaqqala zəfərinin ildönümündə - martın 18-də açılacaq”.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti