...

Norveç Kralı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 23 Mart 2022 02:39 (UTC +04:00)
Norveç Kralı koronavirusa yoluxub

Bakı. Trend:

Norveç kralı V Haraldın COVID-19 testi müsbət çıxıb.

Trend xəbər verir ki, bu barədə Associated Press agentliyi kral evinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, kralın vəziyyəti normaldır və onda xəstəliyin yüngül əlamətləri müşahidə edilir.

V Harald vəzifəsinə bir neçə gün fasilə verəcək, monarxın bütün funksiyalarını müvəqqəti olaraq onun oğlu və taxtın varisi Şahzadə Hokon yerinə yetirəcək.

Qeyd edək ki, 85 yaşlı kral koronavirusa qraşı üç doza peyvənd qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti