...

Fransanın dənizaşırı ərazilərində prezident seçkiləri start götürüb

Dünya xəbərləri Materials 9 Aprel 2022 15:15 (UTC +04:00)
Fransanın dənizaşırı ərazilərində prezident seçkiləri start götürüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın dənizaşırı ərazilərində prezident seçkilərində səsvermə başlayıb.

Trend-in məlumatına görə, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasında səsvermə prosesi başlayacaq.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində təxminən 2 milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə yaxındır.

Fransanın özündə isə bu gün sükut günü başlayıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək. Seçkilərdə hazırkı prezident Emmanuel Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd iştirak edir.

Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti