...

İsrailda qapalı yerlərdə maska taxmaq tələbi aradan qaldırılıb

Dünya xəbərləri Materials 24 Aprel 2022 05:43 (UTC +04:00)
İsrailda qapalı yerlərdə maska taxmaq tələbi aradan qaldırılıb

Bakı. Trend:

İsraildə son iki ildə qüvvədə olan qapalı yerlərdə maska taxmaq tələbi ləğv edilib.

Trend xəbər verir ki, bu barədə yerli The Times of Israel nəşri məlumat yayıb.

Daha əvvəl ölkənin Baş naziri Naftali Bennett və Səhiyyə Naziri Nitzan Horowitz, koronavirusa yoluxma hallarının azalmasına əsaslanaraq, qapalı yerlərdə maska taxmaq tələbinin ləğv ediləcəyi ilə bağlı razılığa gəlmişdirlər.

Qərar mayın 1-dən qüvvəyə minməli idi.

Bununla belə, Baş Nazirin Ofisi açıqlamasında xəstəxanalar, yüksək risk səviyyəli yaşayış obyektləri və hava səyahətləri zamanı istisna olmaqla maska taxma tələbi aradan qaldırılıb.

Qeyd edək ki, qapalı yerlərdə maska taxmaq tələbi İsraildə 2020-ci ilin aprel ayından qüvvədə idi. Ötən ilin iyun ayında qısa müddət tələb ləğv edilsə də, kəskin artan yoluxmalar səbəbindən bu qayda yenidən tətbiq edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti