...

Putin Ukrayna taxılının Avropaya daşınmasını məhdudlaşdırmağı təklif edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 11:01 (UTC +04:00)
Putin Ukrayna taxılının Avropaya daşınmasını məhdudlaşdırmağı təklif edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Ukrayna limanlarından Avropaya taxıl daşınmasının məhdudlaşdırılması məsələsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək.

Trend-in məlumatına görə, V.Putin bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.

"Avropaya taxıl və digər məhsulların daşınmasının məhdudlaşdırılması barədə düşünmək lazımdır. Mən bu məsələ ilə bağlı Türkiyə prezidenti Ərdoğanla məsləhətləşəcəyəm. Çünki biz Ukrayna taxılının daşınması mexanizmini birlikdə hazırlamışıq", - Rusiya prezidenti bildirib.

Xatırladaq ki, Ukrayna limanlarında qalan taxıl və digər ərzaq məhsullarının çıxarılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən Birgə Koordinasiya Mərkəzi işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti