...

Sabiq səhiyyə naziri Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 17:07 (UTC +04:00)
Sabiq səhiyyə naziri Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub (ƏLAVƏ OLUNUB)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq səhiyyə naziri Ceremi Hant Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub.

Bu barədə Britaniya baş naziri bu gün Liz Trassın qərarında deyilir.

***

16:47

Böyük Britaniyanın maliyyə naziri Kvazi Kvartenq vəzifəyə təyin olunduqdan 38 gün sonra istefaya göndərilib.

Trend-in məlumatına görə, bunu bu gün K.Kvartenq öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Kvazi Kvartenq sentyabrın əvvəlində formalaşdırılmış hökumətin tərkibində fəaliyyətə başlamışdı.

Bir neçə həftə əvvəl o, vergilərin azaldılması ilə bağlı proqram elan etsə də, daha sonra planın icra olunmaycağını bildirmişdi.

O, nazir vəzifəsində ən az müddət keçirmiş ikinci britaniyalı maliyyə naziri olub. 1970-ci ildə İen Maklaud bu vəzifəyə təyin edildikdən 30 gün sonra vəfat etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti