...

Fransada Makronun seçki kampaniyasının maliyyəsi ilə bağlı araşdırmaya başlanılıb

Dünya xəbərləri Materials 24 Noyabr 2022 21:47 (UTC +04:00)
Fransada Makronun seçki kampaniyasının maliyyəsi ilə bağlı araşdırmaya başlanılıb

Bakı. Trend:

Fransada 2017-ci il seçkilərində Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi şübhəsi ilə bağlı araşdırmalara başlanılıb.

Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti xəbər verib.

Məlumata əsasən, ölkənin milli maliyyə prokurorluğu noyabrda ibtidai istintaqa başlayıb və bu, üç müstəntiq hakiminə həvalə edilib. Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti