Bakı. Trend:
Taxıl müqaviləsi çərçivəsində humanitar dəniz dəhlizi vasitəsilə Ukrayna limanlarından 14 milyon tondan çox kənd təsərrüfatı məhsulu çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.
“İndiyə qədər taxılla yüklənmiş 556 gəmi Ukrayna limanlarını tərk edib. İxrac olunan taxılın həcmi 14 milyon tonu ötüb”, - deyə nazirliyin tviter səhifəsində belə yazılıb.