...

Biz ABŞ-ın Türkiyə ilə tərəfdaşlıq ruhuna əməl etməsini gözləyirik - İbrahim Kalın

Dünya xəbərləri Materials 2 Yanvar 2023 18:55 (UTC +04:00)
Biz ABŞ-ın Türkiyə ilə tərəfdaşlıq ruhuna əməl etməsini gözləyirik - İbrahim Kalın

Bakı. Trend:

Türkiyə ABŞ-ın tərəfdaşlıq ruhuna əməl etməsini gözləyir.

Trend xəbər verir ki, bunu "Kriter" jrunalına müsahibəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

"Ölkədə və onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda heç kim bizdən susqunluq gözləməməlidir. Biz ABŞ-ın tərəfdaşlıq ruhuna əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddiyə almasını gözləyirik. Biz hardan olmasından asılı olmayaraq bizə birtərəfli siyasətin tətbiq edilməsini qəbul etmirik, ABŞ ilə qarşılıqlı maraqlar əsasında münasibətləri inkişaf etdirməyə, mövcud problemləri real və strateji yanaşmalar əsasında həll etməyə ümid edirik", - deyə İ.Kalın bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti