...

ATAK-II helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib

Dünya xəbərləri Materials 26 Aprel 2023 12:02 (UTC +04:00)
ATAK-II helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib

Bakı. Trend:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ATAK-II ağır sinif hücum helikopterinin mühərrikləri ilk dəfə test edilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə helikopter layihəsinin mühəndisi Mehmet Yılmaz bildirib.

O, həmçinin bildirib ki, helikopterin iki mühərriki də sınaqdan keçirilib və yaxın zamanda ilk uçuşun həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, helikopter 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Müşavirliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti