...

"ChatGPT" indi də ev axtaracaq

Dünya xəbərləri Materials 3 May 2023 14:53 (UTC +04:00)
"ChatGPT" indi də ev axtaracaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Populyar daşınmaz əmlak bazarı olan "Zillow" "ChatGPT" funksiyasını işə salıb.

Trend-in məlumatına görə, bu yeni xüsusiyyət "ChatGPT" istifadəçilərinə süni intellektin köməyi ilə yer, qiymət və yataq otağının sayı meyarlarına uyğun olaraq ev axtarmağa imkan verir.

Funksiya hazırda seçilmiş sayda "ChatGPT" istifadəçiləri üçün əlçatandır və gələcəkdə onun əlçatanlığını genişləndirmək planlaşdırılır.

"Süni intellekt insanların məlumat axtarmaq tərzini dəyişir" - "Zillow" şirkətinin baş direktoru David Beitel deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti