Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı iyulun 2-də Səudiyyə Ərəbistanında fövqəladə iclas keçirəcək.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyunun 28-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı iyulun 2-də Ciddədə fövqəladə iclas keçirəcək.
Baş tutacaq fövqəladə iclasda İƏT-ə üzv ölkələrin, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerun daxil olmaqla, İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin daimi nümayəndələrinin iştirakı gözlənilir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkil etdiyi iclasda, Qurani - Kərimə hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması və bu əməllərə qarşı görüləcək tədbirlərin müzakirəsi hədəflənib.
Qeyd edək ki, 28 iyun tarixində İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.