...

Rusiya taxıl sazişini dayandırdı

Dünya xəbərləri Materials 17 İyul 2023 13:05 (UTC +04:00)

Bakı. Trend:

Rusiya taxıl sazişinə xitam verib.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, taxıl müqaviləsinin Rusiyanın şərtləri ilə bağlı hissəsi yerinə yetirilən kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.

Rusiya XİN taxıl sazişinin dayandırılması ilə bağlı Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.

Xatırladaq ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nin müddəti bu gün bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti