...

Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə hazır geyim ixracı 87 milyon dolları ötüb

Dünya xəbərləri Materials 18 İyul 2023 16:07 (UTC +04:00)
Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə hazır geyim ixracı 87 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərinə hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq 87,8 milyon dollara çatdırıb.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə BƏƏ-nə hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 38,6 faiz azalaraq 13,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti