...

Azərbaycan Dünya kubokuna 43 idmançı ilə qatılıb

İdman Materials 1 May 2024 12:02 (UTC +04:00)
Azərbaycan Dünya kubokuna 43 idmançı ilə qatılıb

Bakı. Trend:

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, yarışla bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, stend və güllə atıcılığı üzrə baş tutacaq Dünya kubokunda yığmamız 43 snayperlə təmsil olunacaq.

Bu gün start götürən yarışda isə ümumilikdə 84 ölkədən 700 idmançı iştirak edəcək. Dünya kubokuna mayın 12-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti