...

Mərkəzi Bank 2024-cü ildə cari əməliyyatların ödəniş balansını 7 milyard dollar səviyyəsində proqnozlaşdırır

İqtisadiyyat Materials 1 May 2024 12:00 (UTC +04:00)
Mərkəzi Bank 2024-cü ildə cari əməliyyatların ödəniş balansını 7 milyard dollar səviyyəsində proqnozlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonunadək cari əməliyyatların proqnozlaşdırılan balansı 7 milyard ABŞ dolları olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

"2025-ci ildə isə bu göstərici 6,5 milyard ABŞ dolları olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, BVF-in proqnozlarına görə, Azərbaycanda cari əməliyyat hesabının saldosu 2024-cü ildə ÜDM-in 8,5 faizini, 2025-ci ildə isə 8,1 faizini təşkil edəcək. Dünya Bankı bu göstəricinin 2024-cü ildə ÜDM-in 7,9 faizini, "S&P Global Ratings" isə 11,18 faizini təşkil edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, mayın 1-də Mərkəzi Bankı uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti