...

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Cəmiyyət Materials 1 May 2024 11:54 (UTC +04:00)
Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, ixtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər.

Xəbər lenti

Xəbər lenti