...

Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq - Qabriela Ramos

Cəmiyyət Materials 1 May 2024 12:06 (UTC +04:00)
Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq - Qabriela Ramos
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq.

Trend xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Müxtəlif cəmiyyətlərdə parçalanmalar var.Cəmiyyətlərdə mövcud olan qruplar arasında qarşıdurmalar güclənib. Elə bir mühit qurmalıyıq ki, cəmiyyətin fərdləri bir-birlərinə qarşı mərhəmətli olsunlar.

Biz çalışmalıyıq ki, cəmiyyətlərin üzləşdiyi problemləri başa düşək”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti